Fransanın "Sanary-sur-Mer" şəhərindəki məktəbdə 14 yaşlı şagird 60 yaşlı müəllimə ağır xəsarət yetirib.
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, məktəbli polis tərəfindən saxlanılarkən hərəkətlərini əvvəlcədən planlaşdırdığını etiraf edib:
"Çünki o müəllimə həddindən artıq nifrətim var idi".
Polis nəzarətində olan şübhəli müstəntiqlərə bildirib ki, hadisənin baş verdiyi gün səhər tezdən müəllimini bıçaqlamaq məqsədi ilə mətbəxdən bıçaq götürüb. Tulon prokuroru Rafael Balland mətbuat açıqlamasında 60 yaşlı müəllimin vəziyyətinin ağır olduğunu bildirib.
Aydın Baxış
Bakı 




