Venesuela xarici işlər naziri İvan Gil Çinə Venesuela xalqının öz ərazisi və təbii sərvətləri üzərində tam suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Nazir paylaşımında "Çin beynəlxalq hüququn və Venesuelanın suverenliyinin ciddi şəkildə pozulmasını, eləcə də ABŞ-nin təhdid hərəkətlərini qətiyyətlə pisləyir" sözlərini yazıb.
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq açıqlamasında "Venesuela suveren bir dövlət olaraq təbii sərvətləri və ərazisi daxilindəki bütün iqtisadi fəaliyyətlər üzərində tam və daimi suverenliyə malikdir" sözlərini söyləyib.
Onun sözlərinə görə, ABŞ-nin hərəkətləri beynəlxalq hüququn, o cümlədən Venesuelanın suverenliyinin və Venesuela xalqının hüquqlarının ciddi şəkildə pozulmasıdır.
Gülşən Şərif
Bakı 




