Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yıxılaraq xəsarət alan 86 yaşlı kişi ölüb.
Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, hadisə qəsəbədəki fərdi yaşayış evlərinin birinin həyətində qeydə alınıb.
1940-cı il təvəllüdlü Məhəmmədəli Hümbət oğlu Abdullayev yaşadığı evin həyətində ehtiyatsızlıq nəticəsində yıxılıb.
Hadisə nəticəsində başından ağır xəsarətlər alan H.Abdullayev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




