• Bakı 11° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Dələduzluqda şübhəli bilinən SMM saxlanıldı

HADİSƏ

08 Yanvar 2026 | 12:12

Dələduzluqda şübhəli bilinən SMM saxlanıldı

Özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq etməkdə şübhəli bilinən 26 yaşlı Aysu Hüseynova saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o, həmin məkanların sosial şəbəkələrdə reklamları təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 16 min manatdan çox pulunu ələ keçirib.

Daha sonra A.Hüseynova üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib onlarla əlaqəni kəsib. Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.

Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


SON XƏBƏRLƏR

08 Yanvar 2026