• Bakı 11° C

    10.39 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

“ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb?

CƏMİYYƏT

08 Yanvar 2026 | 10:22

“ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb?

Ötən il “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara qaytarılan vəsaitin məbləği açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Verfi Xidmətindən bildirilib.

Məlumata görə, 2025-ci il ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 191 milyon 98,9 min manat olub.

2025-ci ildə xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 10 milyon 533,3 min manat təşkil edib.


SON XƏBƏRLƏR

08 Yanvar 2026