• Bakı 10° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Paşinyan Azərbaycandan Ermənistana benzin idxalından danışdı 

İQTİSADİYYAT

08 Yanvar 2026 | 14:14

Paşinyan Azərbaycandan Ermənistana benzin idxalından danışdı 

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycandan benzin idxalına dair razılaşmanın təfərrüatlarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.

“Baş nazir müavinlərinin görüşü zamanı Azərbaycan baş nazirinin müavini (Şahin Mustafayev) Azərbaycanın neft məhsullarının satışına hazır olduğunu bildirdi. Ermənistan hökuməti də bazarı araşdıraraq, razılaşdı, bundan sonra iki tərəfin şirkətləri əlaqə saxladı”, - o deyib.

Baş nazirin sözlərinə görə, benzin alındıqdan sonra Ermənistanda boykot halları olub: “Bəzi şəbəkələr həmin benzini satmaqdan imtina etdi, bu isə o deməkdir ki, ilkin narahatlığımız və ehtiyatımız doğru idi. Amma indi hər kəs üçün aydın olacaq ki, bazar və imkan hamı üçün açıqdır, istəyən bundan faydalana bilər”.


SON XƏBƏRLƏR

08 Yanvar 2026