• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Polis bu qədər silah-sursat aşkarladı

HADİSƏ

08 Yanvar 2026 | 11:39

Polis bu qədər silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, yanvarın 7-si polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 15 avtomat silahı, 3 pulemyot, 5 tapança aşkar edib.

Bundan başqa, 5 qumbara, 6 alışdırıcı, 39 tüfəng, 1 patron darağı və 5565 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026