• Bakı 11° C

    10.39 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Zəngəzur dəhlizinin yubanmasından ən çox Ermənistan itirəcək - AÇIQLAMA

SİYASƏT

08 Yanvar 2026 | 10:50

Zəngəzur dəhlizinin yubanmasından ən çox Ermənistan itirəcək - AÇIQLAMA

“Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında da şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq”.

Bakıvaxtı.az xatırladır ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahbəsində deyib.

Dövlət başçısı qeyd edib ki, onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir:

“Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir”.

Qeyd edək ki, hazırda Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində mövcud olan əsas maneələr aradan qaldırılıb, proses praktik mərhələyə daxil olub. Bu, prezident İlham Əliyevn diplomatik çevikliyinin, strateji baxışının və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan bu layihə vasitəsilə regionda əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilmək potensialını daha da gücləndirir.

Eyni zamanda, Zəngəzur dəhlizi Türk dünyasının inteqrasiyası baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu nəqliyyat xətti türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələrin dərinləşməsinə yeni impuls verir.

Deputat Rasim Misabəyov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan hansısa səbəbi bəhanə edərək Zəngəzur dəhlizinin açılmasını yubada bilər. Onun sözlərinə görə, ancaq Ermənistanda da anlayırlar ki, Zəngəzur dəhlizinin açılmasının uzanmasından ən çox itirən tərəf İrəvan özü olacaq:

"Azərbaycan humanist addım ataraq, Ermənistan üçün öz ərazisini tranzit olaraq açıb. Amma dövlət başçısı da vurğuladı ki, Ermənistan Naxçıvandan keçərək İrana, o cümlədən Azərbaycan ərazisindən keçməklə Rusiyaya, həmçinin dəhliz vasitəsilə Mərkəzi Asiya ölkələrinə və Çinə çıxış imkanı əldə edəcək.  Əgər Ermənistan öhdəliyinə vaxtında əməl etməzsə, prosesi yubadarsa, anlamalıdır ki, həm bu güzəştlər aradan qalxacaq, həm də Türkiyə ilə heç bir əlaqə olmayacaq”.

Rasim Musabəyov: Hansısa hakimiyyət dəyişikliyi olarsa, erməni tərəfi məsələni yubada bilər, amma…

Müsahibimiz qeyd edib ki, ən əsası isə TRİİP layihəsi birbaşa ABŞ Prezidenti Donald Trampın adı ilə bağlıdır. Tramp da hələ 3 il ABŞ prezidenti kimi fəaliyyət göstərəcək:

“Ona görə də 2026-cı il ərzində dəhlizlə bağlı işlərin sürətlənəcəyi ehtimal olunur. Hətta hansısa hakimiyyət dəyişikliyi olarsa, erməni tərəfi məsələni yubada bilər, amma qaçmaq qeyri-mümkündür".

Aydın Baxış


SON XƏBƏRLƏR

08 Yanvar 2026