Yanvarın 7-də İranda davam edən ümumxalq etirazlarına qoşulan Təbriz şəhərinin bazarları və iş adamlarının tətilləri davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Tətillərdən sonra Təbrizdə hərbi və təhlükəsizlik qüvvələrinin sayı artırılıb. Şəhər sakinləri bunları “İranın repressiv qüvvələri” adlandırırlar.
Urmiya və Həmədan şəhərlərində də, kütləvi etirazlara dəstək olaraq bazarlarda tətil başlayıb. Həmçinin Həmədanda bu gündən küçə aksiyalarına start verilib.
Qeyd edək ki, bu gün Ərdəbil şəhərində bazarlarda tətilin başlaması haqda məlumat vermişdik./Teleqraf
Bakı 




