• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Yaşar Nuri və Rasim Balayevin unudulmaz rəqsi - VİDEO

MƏDƏNİYYƏT

05 Aprel 2026 | 15:14

Yaşar Nuri və Rasim Balayevin unudulmaz rəqsi - VİDEO

Azərbaycan kinosunun iki parlaq simasının yadda qalan görüntüləri yenidən gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, mərhum Xalq artistləri Yaşar Nuri və Rasim Balayevin birgə rəqs etdiyi video sosial şəbəkələrdə geniş yayılıb. Görüntülərin Rasim Balayevin oğlunun toy mərasimində lentə alındığı bildirilir.

Kadrlarda iki sənətkarın səmimi və enerjili rəqsi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb, nostalji hisslər doğurub. İzləyicilər onların səhnə və həyat dostluğunun bu görüntülərdə də aydın hiss olunduğunu vurğulayırlar.

Qeyd edək ki, Yaşar Nuri 2012-ci ilin noyabrında Mərkəzi Gömrük Hospitalında vəfat edib. Rasim Balayev isə bu ilin mart ayının 29-da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


Musavat.com


SON XƏBƏRLƏR