• Bakı 11° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Zığ sakinləri təhlükə içində - VİDEO

CƏMİYYƏT

04 Aprel 2026 | 23:03

Zığ sakinləri təhlükə içində - VİDEO

 

Bakının Xətai rayonu, Zığ qəsəbəsi, Elvin Şükürlü küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, yaşadıqları ərazidə sahibsiz itlərin əlindən çölə çıxmaq, üfunətdən isə nəfəs almaq olmur.

Bakıvaxtı.az xəbər verir ki, onların sözlərinə görə, çirkab suların dənizə axıdıldığı kanalın üstünün açıq olması ciddi təhlükə mənbəyidir.

Hətta yaxın günlərdə məktəbli bir uşaq ehtiyatsızlıqdan həmin kanala düşərək boğulma təhlükəsi yaşayıb.

Hadisə şahidi olan sakinlərdən biri həmin anları belə xatırlayıb:

"Uşaq gözümün qabağında kanala düşdü. Düşünmədən suya atılıb onu çıxardım, sonra özüm orada qaldım. Qonşular məni çətinliklə xilas etdilər. Orada olmasaydım, indi həmin uşaq həyatda olmayacaqdı".

Digər bir sakin isə ərazidən yayılan kəskin qoxu ilə bağlı şikayətini dilə gətirib:

"Allaha and olsun ki, ərazidə xəstəlik baş alıb gedir, nəfəs ala bilmirəm. Üfunət iyindən həyətə çıxa bilmirik".

Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ barədə müvafiq idarəyə artıq məlumat verilib.

Qurumun əməkdaşları əraziyə cəlb olunaraq araşdırma aparacaq və nəticələrə uyğun olaraq zəruri tədbirlər görüləcək.


SON XƏBƏRLƏR

04 Aprel 2026