• Bakı 11° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Türkiyə ilə Malayziya müdafiə və ticarət sahələrində əməkdaşlığı dərinləşdirir

DÜNYA

08 Yanvar 2026 | 12:31

Türkiyə ilə Malayziya müdafiə və ticarət sahələrində əməkdaşlığı dərinləşdirir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın Baş naziri Ənvər İbrahim iki ölkənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasında iştirak edərək müdafiə, ticarət və digər əsas sektorlarda əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Bakıvaxtı.az "Haberturk"ə istinadən xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Ərdoğan hər iki tərəf üçün faydalı yanaşmanın vacibliyini vurğulayıb.

O, Malayziyanın Türkiyənin ASEAN-dakı ən böyük ticarət tərəfdaşı olduğunu bildirib:

"Türkiyə müdafiə sənayesi sahəsində Malayziya ilə birgə ata biləcəyi addımları qiymətləndirməyə davam edəcək".

Görüş zamanı həmçinin ali təhsil, investisiya, ixracın maliyyələşdirilməsi, tədqiqat, gəmiqayırma və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ikitərəfli müqavilələr imzalanıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

08 Yanvar 2026