• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ermənistan Azərbaycandan neft məhsulları alacağını təsdiqləyib

SİYASƏT

08 Yanvar 2026 | 11:00 | Müəllif: Əli Hüseynov

Ermənistan Azərbaycandan neft məhsulları alacağını təsdiqləyib

Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycandan ikinci partiya neft məhsullarının idxal ediləcəyini təsdiqləyib.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, yanvarın 8-də Ermənistana göndərilməsi planlaşdırılan partiyada 1000 ton Aİ92 benzini, 1000 ton dizel yanacağı və 1800 ton Aİ95 benzini olacaq.

Qeyd edək ki, Azərbaycandan Ermənistana neft məhsullarının idxalı 2025-ci ilin sonunda başlayıb.

Dekabrın 19-da Gürcüstan vasitəsilə göndərilən qatar "Ayrum" dəmir yolu stansiyasına çatmış və 1218 ton A95 benzini ilə yüklənmiş 22 vaqondan ibarət olub.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026