• Bakı 10° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Musiqi müəllimlərinin attestasiyası bu il başa çatdırılacaq

CƏMİYYƏT

08 Yanvar 2026 | 14:58

Musiqi müəllimlərinin attestasiyası bu il başa çatdırılacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan, Şirvan-Salyan Regional Mədəniyyət idarələri üzrə fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində çalışan təxminən 4 000 müəllimin attestasiya prosesi yekunlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qeyd edilib ki, fevralın 10-dan etibarən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərindən başlayaraq digər regional idarələr üzrə il ərzində ümumilikdə 8 000-ə yaxın müəllimin attestasiya prosesinin mərhələli şəkildə başa çatdırılması planlaşdırılır.

Attestasiya Bakı şəhərində, Bakı Xoreoqrafiya Akademiyasında əvvəlki qaydalar əsasında həyata keçiriləcək.

Müəllimlərin bu məqsədlə ayrılmış nəqliyyat vasitəsilə Bakı şəhərinə gəliş-gedişi təmin olunacaq.


SON XƏBƏRLƏR

08 Yanvar 2026