• Bakı 11° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Çin ABŞ-nin Rusiya neft tankerini ələ keçirməsini pisləyib

DÜNYA

08 Yanvar 2026 | 12:36

Çin ABŞ-nin Rusiya neft tankerini ələ keçirməsini pisləyib

ABŞ-nin Atlantik okeanında Rusiya neft tankerini ələ keçirməsi beynəlxalq hüququ ciddi şəkildə pozur və Çin bu cür hərəkətlərə qarşıdır.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Çin diplomatik missiyasının rəsmi nümayəndəsi Mao Ninq deyib.

Amerika qüvvələri tərəfindən Rusiya tankerinin ələ keçirilməsini şərh edən Ninq bildirib ki, ABŞ-nin atdığı addım beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır:

"Çin BMT Nizamnaməsini və prinsiplərini pozan istənilən hərəkətə qarşı çıxır".

Çinli diplomat həmçinin Rusiyanın suverenliyinə və təhlükəsizliyinə qarşı atılan istənilən addımın qəbuledilməz olduğunu vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

08 Yanvar 2026