• Bakı 10° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Hollandiya Ukraynaya 700 milyon avro hərbi yardım ayıracaq

DÜNYA

08 Dekabr 2025 | 15:33

Hollandiya Ukraynaya 700 milyon avro hərbi yardım ayıracaq

Hollandiya hökuməti yaxın vaxtlarda Ukraynaya əlavə hərbi yardım üçün 700 milyon avro ayırmaq niyyətindədir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə maliyyə, müdafiə və xarici işlər nazirlərinin səlahiyyətlərini icra edən Ruben Brekelmans, İlko Heinen və David van Wiel parlamentə göndərdikləri məktubda bildiriblər.

Aydınlaşdırılır ki, qərar bu həftə parlamentin ən böyük müxalifət fraksiyası olan Yaşıl Sol və İşçi Partiyası tərəfindən Kiyevə dəstək üçün 2026-cı ilədək əlavə 2 milyard avro ayrılmasını nəzərdə tutan planın həyata keçirilməsində ilk addımdır.

Nazirlər Kabinetindən verilən məlumata görə, 500 milyon avro Müdafiə Nazirliyinin büdcəsindən, 200 milyon avro isə Xarici İşlər Nazirliyindən alınacaq. Bununla belə, nazirlər xəbərdarlıq ediblər ki, 2026-cı ildə Kiyevə tam həcmdə yardımın ayrılması imkanları məhdudlaşdırıla bilər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR