Tailand və Kamboca arasında sərhəd toqquşmalarında Kambocada 4 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, on minlərlə insan sərhədə yaxın kəndlərdən didərgin düşüb, Tayland ordusu 50 mindən çox insanın sığınacaqlara köçdüyünü açıqlayıb.
Kamboca baş naziri Hun Manet və Tayland baş naziri Anutin Çarnvirakul ölkələrinin suverenliyini qorumaq üçün hərbi əməliyyatların davam edə biləcəyini bildiriblər.
Sərhəd gərginliyi atəşkəsə baxmayaraq yenidən başlayıb, hər iki tərəf bir-birini günahlandırır.
Əli Hüseynov
Bakı 



