• Bakı 11° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Norveçdə ticarət mərkəzində atəş açılıb, şübhəli şəxs saxlanılıb

DÜNYA

08 Dekabr 2025 | 16:02

Norveçdə ticarət mərkəzində atəş açılıb, şübhəli şəxs saxlanılıb

Norveç polisi paytaxt Oslonun ən böyük ticarət mərkəzində atəş açdığı ehtimal edilən şəxsin həbs edildiyi barədə məlumat yayıb.

Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, onun tək hərəkət etdiyi ehtimal edilir.

Şübhəli özü polisi çağırıb və daha sonra tavana atəş açıb.

"Atəş tavana açılıb. Onun insanlara zərər verməsi barəsində heç bir məlumat yoxdur", - polis əməkdaşı deyib.

Qeyd edilib ki, atəş tüfəngdən açılıb. Həmçinin ehtimal olunur ki, saxlanılan şəxsin üzərində idman dəyənəyi və bıçaq olub.

İnsident zamanı xəsarət alan olmayıb.

Report


SON XƏBƏRLƏR