• Bakı 13° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Həmin gecə onlar aparıcılıq edəcəklər

DÜNYA

08 Noyabr 2025 | 21:03

Həmin gecə onlar aparıcılıq edəcəklər

Dekabrda Tbilisidə keçiriləcək "Uşaq Avroviziyası" mahnı müsabiqəsinin aparıcılarının kim olacağı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu il yarışmaya David Aladaşvili və Liza Tsiklauri aparıcılıq edəcəklər.

David Aladaşvili tanınmış gürcü televiziya aparıcısı və musiqiçisidir. O, müntəzəm olaraq GPB televiziya kanalında musiqi proqramlarında çıxış edir və həmçinin Tbilisidəki Milli Gənclər Sarayının bədii rəhbəri vəzifəsində çalışır.

Lisa Tsiklauri isə 2008-ci ildən bəri gürcü televiziyasında çalışan aparıcıdır. 2014-cü ildən bəri o, xəbər proqramlarına aparıcılıq edir və müntəzəm olaraq böyük milli və beynəlxalq tədbirlərdə çıxış edir. 

Qeyd edək ki, müsabiqənin finalı 13 dekabr 2025-ci ildə Gürcüstanın Tbilisi şəhərində keçiriləcək. Ölkəmizi Yağmur Nəsrullayeva həm Azərbaycan, həm də ingilis dillərində yazılmış "Miau Miau" mahnısı ilə təmsil edəcək.


SON XƏBƏRLƏR