• Bakı 13° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Bu ölkədə ABŞ, İsrail və Səudiyyənin casus şəbəkəsi ifşa edildi

DÜNYA

08 Noyabr 2025 | 20:37

Bu ölkədə ABŞ, İsrail və Səudiyyənin casus şəbəkəsi ifşa edildi

Yəməndə husilər hərəkatının formalaşdırdığı hökumətin Daxili İşlər Nazirliyi ABŞ, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətləri ilə əlaqəli olduğu iddia edilən bir casus şəbəkəsinin üzvlərinin saxlanıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, keçirilən genişmiqyaslı təhlükəsizlik əməliyyatı nəticəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), İsrailin MOSSAD-ı və Səudiyyə Ərəbistanı ərazisində yerləşən Səudiyyə kəşfiyyatının birgə əməliyyat qərargahının göstərişi ilə fəaliyyət göstərən casus şəbəkəsinin üzvləri saxlanılılıb.

Husilər əlavə olaraq iddia edirlər ki, sözügedən casus şəbəkəsinə ABŞ, İsrail və Səudiyyə Ərəbistanının kəşfiyyat orqanları təlim keçib, onlara gizlənmə üsullarını öyrədib və müşahidə aparmaq, həmçinin məlumat ötürmək üçün xüsusi texniki vasitələrlə təmin edib.

Bundan əlavə, hərakatın fikrincə, şəbəkənin üzvləri husilərin hərbi obyektləri, o cümlədən İsrailə hücumlarda istifadə edilən ballistik raket və pilotsuz uçuş aparatlarının buraxılış qurğularının yerləşdiyi yerlər barədə məlumat toplayır, həmçinin hökumət üzvləri və yüksək rütbəli hərbçilər üzərində müşahidə aparıblar.

Husilər saxlanılan şəxslərin sayı barədə heç bir məlumat verməyib.


SON XƏBƏRLƏR