• Bakı 18° C

    8.12 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Deputat təklif edir: Şikayətlər 10 günə cavablandırılsın

CƏMİYYƏT

10 Oktyabr 2025 | 12:07

Deputat təklif edir: Şikayətlər 10 günə cavablandırılsın

Azərbaycanda ərizə və şikayətlərin cavabı 10 günə verilsin.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib.

Deputat bildirib ki, normativ hüquqi aktlara bənd əlavə edilərək ərizə və şikayətlərin 10 gün ərzində cavablandırılması təmin edilməlidir:

“Məsələn, səbəb torpaq mübahisəsidirsə, 30 gün düşünmək və araşdırma aparmaq nəyə lazımdır? Konkret cavab verilsin ki, məsələ aydın olsun və şikayətçi də rahat olsun. Xahiş edirəm ki, bu məsələyə ciddi münasibət bildirsin”.

Spiker Sahibə Qafarova deputatın təklifinə münasibət bildirib:

“Əslində məktublara iki həftə ərzində cavab verilir, araşdırma tələb edən hallarda isə müddət 30 gün olur. Hər hansı məktubunuza cavab verilməyibsə, bu məsələ ilə xüsusi məşğul olaq. Komitə iclasında da bu məsələni qaldırmışdınız və mən dərhal araşdırmışam. Mənə bildirildi ki, belə məktub yoxdur. Əgər siz sonradan məktub yazmısınızsa və cavab gəlməyibsə, mütləq bu məsələ ilə məşğul olacam”.

Mina Mikayılova


SON XƏBƏRLƏR