• Bakı 18° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Paşinyan: Bu münasibətlə MDB-nin bütün üzv dövlətlərini təbrik edirəm

DÜNYA

10 Oktyabr 2025 | 13:55

Paşinyan: Bu münasibətlə MDB-nin bütün üzv dövlətlərini təbrik edirəm

Sülhün bərqərar olması münasibətilə yalnız Ermənistan və Azərbaycanı deyil, MDB-nin bütün üzv dövlətlərini təbrik edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

    Çıxışı zamanı Baş nazir həmkarlarını Vaşinqton prosesinin detalları ilə tanış edib və həmçinin Azərbaycanla sülhün əldə olunmasına göstərdikləri dəstəyə görə MDB liderlərinə təşəkkür edib.

    “Bu hadisə artıq reallıqdır və bu münasibətlə hamımızı təbrik edirəm. Eyni zamanda bütün bu müddət ərzində verdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirirəm”, – o vurğulayıb.

    Nikol Paşinyan yaxın gələcəkdə Azərbaycanla sülh sazişinin imzalanacağına ümid etdiyini deyib. Onun sözlərinə görə, bundan sonra tərəfləri iqtisadi, siyasi, mədəni əlaqələrin qurulması və humanitar məsələlərin həlli gözləyir.


    SON XƏBƏRLƏR