Ballıqayada axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Report-a açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupun üzvü Zaur İsmayılov Zaur İsmayılov deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə qızğın döyüşlər gedib:
"Şahid ifadələri görə, 1993-cü ildə burada gedən qızğın döyüşlər zamanı Azərbaycan Ordusunun bir bölüyü mühasirəyə salınaraq məhv edilib. Ballıqayada axtarışlar zamanı 10 və daha artıq şəxsə aid edilən qalıqlar aşkar olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Qalıqların götürüldüyü ərazilərdə alt səth yenidən yoxlanılacaq".