• Bakı 18° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Dövlət Nəzarəti Xidməti 9 aya yekun vurdu - FOTOLAR

CƏMİYYƏT

10 Oktyabr 2025 | 17:37

Dövlət Nəzarəti Xidməti 9 aya yekun vurdu - FOTOLAR

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində (SİMDNX) 2025-ci ilin doqquz ayı ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir çərçivəsində həmçinin dövlət su kadastrı və elektron su xəritəsinin təqdimatı baş tutub.

İclasda ADSEA-nın sədri Zaur Mikayılov, Agentliyin və Xidmətin struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADSEA sədri Zaur Mikayılov ölkə rəhbərliyinin su ehtiyatlarının idarə olunması, suların səmərəli istifadəsi və mühafizəsi sahəsinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. O qeyd edib ki, su ehtiyatlarının dayanıqlı idarə olunması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində mühüm irəliləyişlər əldə olunub. Zaur Mikayılov bildirib ki, qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün sistemli və ardıcıl fəaliyyət davam etdiriləcək.

Agentlik sədri su ehtiyatlarının idarə olunması prosesində müasir idarəetmə yanaşmalarının tətbiqinin önəmini qeyd edərək, bu istiqamətdə SİMDNX-nin kollektivinin səmərəli fəaliyyətini yüksək qiymətləndirib və onlara təşəkkürünü ifadə edib.

Daha sonra çıxış edən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov ADSEA rəhbərliyinə yaradılan şəraitə və göstərilən daimi dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, qısa müddət ərzində xidmət tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər üzrə mühüm nəticələr əldə olunub, ölkə ərazisində su ehtiyatlarının qanunsuz istifadəsinin qarşısının alınması, su obyektlərinin mühafizəsi və monitorinq sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Xidmət rəisi əlavə edib ki, yeraltı və yerüstü su kadastrının formalaşdırılması üzrə işlər intensiv şəkildə davam etdirilir və xidmətin maddi-texniki bazasının gücləndirilməsi bu tədbirlərin effektivliyini daha da artırır.

Tədbir çərçivəsində xidmətin şöbə müdirləri tərəfindən təqdimatlar nümayiş olunub, görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıda duran hədəflər barədə ətraflı məlumat verilib.

İclasın sonunda iştirakçılar tərəfindən bir sıra təkliflər səsləndirilib, müzakirələr aparılıb, növbəti dövr üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.


SON XƏBƏRLƏR