• Bakı 19° C

    2.65 m/s

Qızı meri bıçaqlamazdan əvvəl ona işgəncə verib - DETALLAR

DÜNYA

10 Oktyabr 2025 | 18:49 | Müəllif: Subhan Mahmudov

Qızı meri bıçaqlamazdan əvvəl ona işgəncə verib - DETALLAR

Ögey qızı tərəfindən 13 bıçaq zərbəsi alan Herdekk meri hadisənin təfərrüatını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Almaniyanın Herdekk şəhər merinin övladlığa götürdüyü qızı hücumdan əvvəl ona bir neçə saat işgəncə verib.

İris Staltser polisə bildirib ki, 17 yaşlı qızı qadına evinin zirzəmisində saatlarla işgəncə verib. Qız ona aerozol dezodorant və alışqanla hücum edərək saçını və paltarını yandırmağa cəhd edib, sonra bıçaqlayıb.

Qəzetin yazdığına görə, övladlığa götürülmüş qızı qisas almaq istədiyini bildirsə də, bunun səbəbi bəlli deyil.

Hazırda siyasətçinin həyatı üçün təhlükə yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026