• Bakı 13° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

İran Pakistan-Əfqanıstan gərginliyinə vasitəçilik təklif etdi

DÜNYA

09 Noyabr 2025 | 18:00

İran Pakistan-Əfqanıstan gərginliyinə vasitəçilik təklif etdi

İran hökuməti Pakistan və Əfqanıstan arasında son günlər artan gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Press TV yayıb.

Bildirilir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu mövqeyini bazar günü pakistanlı həmkarı Məhəmməd İşaq Dar ilə telefon danışığı zamanı ifadə edib.

Nazir qeyd edib ki, Tehran hər iki ölkə arasında baş verən sərhəd toqquşmalarından sonra yaranan vəziyyətin normallaşması üçün vasitəçi rolunu oynamağa hazırdır.

Əraqçi həmçinin gərginlikdən narahatlığını bildirib və tərəfləri regional dövlətlərin dəstəyi ilə dialoqa üstünlük verməyə çağırıb. Danışıqlar zamanı iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi də müzakirə olunub./Milli.az


SON XƏBƏRLƏR

08 Noyabr 2025