• Bakı 10° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Almaniyada Rusiyaya casusluqda ittiham olunanların məhkəməsi başlayıb

DÜNYA

09 Dekabr 2025 | 17:35

Almaniyada Rusiyaya casusluqda ittiham olunanların məhkəməsi başlayıb

Almaniyada Rusiyaya casusluqda ittiham olunan üç nəfərin – Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarının məhkəməsi başlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Federal Prokurorluğunun nümayəndəsinə istinadən DPA xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, işə Frankfurt-Mayndə Ali Regional Məhkəməsinin Dövlət Təhlükəsizliyi Senatında baxılır.

Mayın 16-da Almaniya Federal Prokurorluğu Ukrayna vətəndaşı Robert A., Ermənistan vətəndaşı Vardces İ. və Rusiya vətəndaşı Arman S.-yə qarşı "xarici kəşfiyyat xidmətinə işləmək" şübhəsi ilə ittiham irəli sürüb. Almaniya Baş Prokurorluğu iddia edib ki, 2024-cü ilin may ayının əvvəlində Vardces I. Rusiya kəşfiyyat xidmətindən Almaniyada Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edən şəxsə qarşı casusluq etmək tapşırığı alıb. Bu tapşırığı yerinə yetirmək üçün Vardges I. Robert A. və Arman S.-ni işə götürüb.

Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxslər iyunun 19-da həmin şəxs haqqında əlavə məlumat toplamaq üçün onu Frankfurt-Mayndə müxtəlif bəhanələrlə kafeyə gətirməyi planlaşdırıblar. Lakin həmin şəxs Almaniya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və kafedə görüş baş tutmayıb. Ermənistan vətəndaşının müdafiə qrupu məhkəmədə bu iddiaları rədd edərək, ittiham tərəfinin hadisələrlə bağlı məlumatları təhrif etdiyini əsas gətirib.

Təqsirləndirilən şəxslər 2024-cü il iyunun 19-da həbs ediliblər və hələ də həbsdədirlər. 

Əli Hüseynov


SON XƏBƏRLƏR