• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Vərəm təkcə ağciyəri yox, digər orqanları da zədələyə bilər

CƏMİYYƏT

11 Mart 2026 | 15:16

Vərəm təkcə ağciyəri yox, digər orqanları da zədələyə bilər

"Vərəm yoluxucu xəstəlik olsa da, hər yoluxan insanda dərhal xəstəlik inkişaf etmir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, vərəm xüsusi bir infeksiya - vərəm mikobakteriyası tərəfindən törədilir və xəstə insandan sağlam insana əsasən hava-damcı yolu ilə ötürülür. Bu səbəbdən xəstəliyin ən çox rast gəlinən forması ağciyər vərəmidir:

"Yoluxma baş versə də, xəstəliyin inkişafı müəyyən mərhələlərdən keçir və hər yoluxan şəxs mütləq xəstələnmir. Bununla yanaşı, vərəm təkcə ağciyərlə məhdudlaşmır və digər orqanlara da təsir göstərə bilər".

İ.Axundova qeyd edib ki, xəstəlik bəzən plevra qişasında vərəm mənşəli ekssudativ plevritə, limfa düyünlərinin zədələnməsinə və digər orqanlarda vərəm prosesinin yaranmasına səbəb ola bilər. Bununla belə, ağciyər vərəminin aşkarlanması digər formalara nisbətən daha asan hesab olunur.

Dediyinə görə, vərəm diaqnozu ilk növbədə vərəm mikobakteriyasının aşkarlanmasına əsaslanır və bunun üçün müvafiq bioloji materialın əldə olunması vacibdir. Ağciyər vərəmində isə ən asan üsul bəlğəmin müayinəsi hesab olunur.

İradə Axundova əlavə edib ki, hazırda Azərbaycanda müasir diaqnostika üsulları tətbiq olunur və təqdim edilən material əsasında vərəm mikobakteriyasını müəyyən etmək, onun dərmanlara həssaslığını yoxlamaq və müalicəyə vaxtında başlamaq mümkündür.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR