• Bakı 12° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Spiker parlamentin futbol komandasını təbrik etdi

CƏMİYYƏT

10 Aprel 2026 | 13:49

Spiker parlamentin futbol komandasını təbrik etdi

Parlamentin sədri Sahibə Qafarova Türkiyənin Antalya şəhərində parlamentlərarası beynəlxalq futbol turnirində ikinci yerə çıxan Milli Məclis komandasını təbrik edib.

Bakıvaxtı.az-ın məlumatına görə, spiker bildirib ki, komandanın heyətində Milli Məclisin deputat korpusunun 10 və Milli Məclisin 7 əməkdaşı iştirak edib. 

“On hörmətli deputatımız və Milli Məclisin 7 əməkdaşı futbol üzrə Türkiyədə, Antalyada turnirdə iştirak edərək orada yer tutdular”.

“Sağlam idman insanları birləşdirir. Mən inanıram ki, futbola gedən bütün əməkdaşlarımız daha yaxın olacaq”, - S.Qafarova qeyd edib.

Təbriklərdən sonra spiker sözü komandanın rəhbəri Fazil Mustafaya verib.

Deputat oyun haqqında geniş məlumat verib.

Əli Hüseynov


SON XƏBƏRLƏR