q
  • Bakı 17° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

"Zəng" qorxu romanının müəllifi vəfat edib - FOTO

CƏMİYYƏT

10 May 2026 | 00:28

Zəng qorxu romanının müəllifi vəfat edib - FOTO

Yaponiyada "Zəng" ("Ring") qorxu romanları seriyasının müəllifi, yazıçı Kodzi Sudzuki vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

68 yaşlı yazıçı Tokiodakı xəstəxanalardan birində xəstəlik səbəbindən dünyasını dəyişib.

"‘Zəng" və "Spiral" kimi məşhur qorxu romanlarının müəllifi Kodzi Sudzuki mayın 8-də vəfat edib", - deyə telekanal bildirib.

"Zəng" romanlar silsiləsi quyudan çıxan ruhun əks olunduğu videokasetlə bağlı lənətdən bəhs edir. İlk trilogiyadan sonra Sudzuki eyni mövzuya həsr edilmiş hekayələr toplusu və daha iki roman yazıb.

"Zəng" əsəri əsasında Yaponiyada səkkiz film çəkilib, iki teleserial, altı manqa adaptasiyası, üç ingilisdilli remeyk, bir Koreya remeyki və iki videooyun hazırlanıb.

"Zəng" əsəri Kodzi Sudzukini Yaponiyanın ən uğurlu yazıçılarından birinə çevirdikdən sonra o, bir daha qorxu romanı yazmayacağına söz vermişdi.

Yazıçı "The New York Times" qəzetinə müsahibəsində bildirib ki, bundan sonra "ruh qızlar, ölümcül videokasetlər və postmodern qorxu ilə heç bir əlaqəsi olmayan" bədii ədəbiyyata fokuslanıb.

Kodzi Sudzukinin son kitabı 2025-ci ildə işıq üzü görüb.


SON XƏBƏRLƏR

09 May 2026
08 May 2026