• Bakı 24° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Uşaqlarda ağız qoxusu nədən xəbər verir?

CƏMİYYƏT

24 Iyun 2026 | 15:19

Uşaqlarda ağız qoxusu nədən xəbər verir?

"Uşaqlarda ağız qoxusu müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova deyib.

Onun sözlərinə görə, ağız qoxusunun yaranmasına ağız boşluğunda gigiyena problemləri, diş çürükləri, dil üzərində ərpin toplanması, burun-udlağın iltihabi xəstəlikləri, adenoidlər, eləcə də mədə-bağırsaq sistemi ilə bağlı problemlər səbəb ola bilər.

Pediatr qeyd edib ki, uşağın ağız açıq şəkildə nəfəs alması, uzun müddət ac və ya susuz qalması da ağız qoxusunun yaranmasına gətirib çıxara bilər.

G.İlyasova bildirib ki, ağız qoxusunun aradan qaldırılması üçün ilk növbədə onun səbəbi müəyyən edilməli və ağız boşluğundakı problemlər müalicə olunmalıdır. Dediyinə görə, qoxu davamlı xarakter daşıyırsa, uşaq yatarkən xoruldayırsa, ağız açıq nəfəs alırsa, qızdırma, udqunma çətinliyi və ya çürük dişlər müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir.

Pediatr ağız boşluğunun sanasiyasının vacibliyini vurğulayaraq qeyd edib ki, dişlərin mütəmadi fırçalanması ilə yanaşı, dilin də təmizlənməsi ağız qoxusunun qarşısının alınmasına kömək edir.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR