• Bakı 26° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Bağlanan verilişlər yeni mövsümdən qayıdır? - RƏSMİ

CƏMİYYƏT

24 Iyun 2026 | 12:50

Bağlanan verilişlər yeni mövsümdən qayıdır? - RƏSMİ

Bir müddət əvvəl yayımı dayandırılan proqramlardan bəzilərinin efirə qayıdacağı barədə iddialar səsləndirilir.

Bakıvaxtı.az-ın məlumatına görə, iddialarda o verilişlərin yeni mövsümdən yenidən yayımlanacağı deyilir.

Bəs deyilənlər nə dərəcədə həqiqətəuyğundur? Bağlanan verilişlər efirə qayıdacaqları halda proqramlarda nə kimi dəyişikliklər olacaq?

Məsələ ilə bağlı Bakıvaxtı.az verilişləri bağlanan kanallara sorğu göndərib.

ARB-dən bildirilib ki, yayılan iddialar əsassızdır:

“Bağlanan verilişlərin və ya həmin aparıcıların yenidən ekranlara qayıtması ilə bağlı məlumat yoxdur”.

ATV-dən isə bununla bağlı sualımız cavabsız qalıb.

Qeyd edək ki, bi müddət əvvəl ATV-də Zaur Nəbioğlunun təqdim etdiyi “Rəngarəng” və Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişləri, eləcə də ARB TV-də Xoşqədəm Hidayətqızının aparıcısı və müəllidi olduğu “Səni axtarıram”, Zaur Kamalın “Həmin Zaur” və Elgiz Əkbərin “Elgizlə izlə” proqramları bağlanıb.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026