• Bakı 27° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Zelenskayanın səfəri həmin qalmaqala görə ləğv edildi

DÜNYA

24 Iyun 2026 | 13:30

Zelenskayanın səfəri həmin qalmaqala görə ləğv edildi

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Polşanın Qdansk Universitetində planlaşdırılan müzahirəsi ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Wirtualna Polska” nəşri məlumat yayıb.

Bildirilib ki, buna Polşa Prezidenti Karol Navrotskinin Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsindən sonra yaşanan qalmaqal səbəb olub. 

Məlumata görə, əvvəlcə Yelena Zelenskayanın Polşada keçiriləcək Ukraynanın Bərpası üzrə Konfransda həyat yoldaşı ilə birlikdə çıxışı planlaşdırılıb. Bundan əlavə, o, Qdansk Universitetində təşkil ediləcək debatlarda iştirakı nəzərdə tutulub. Lakin yaşanan qalmaqaldan sonra Zelenskayanın Qdanska səfər etməyəcəyi məlum olub. Bunu Qdansk Universitetinin Mətbuat xidməti də təsdiqləyib. 

Xatırladaq ki, daha əvvəl K.Navrotski V.Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. O bu qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə izah edib. Zelenski isə ordeni Polşa tərəfinə geri qaytarıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026