• Bakı 31° C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Moskvada terror planlaşdırılırmış - DETALLAR

DÜNYA

24 Iyul 2026 | 10:03

Moskvada terror planlaşdırılırmış - DETALLAR

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada təhlükəsizlik orqanı əməkdaşına qarşı terror aktı hazırlamaqda şübhəli bilinən Rusiya vətəndaşının saxlanıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

    Məlumata görə, 1996-cı il təvəllüdlü qadın təhlükəsizlik orqanı əməkdaşlarından birinin avtomobilinin altına əldəqayırma partlayıcı qurğu yerləşdirməyə cəhd edərkən saxlanılıb.

    Faktla bağlı terror aktına cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb.

    Şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

    FSB onun əməllərinə dövlətə xəyanət maddəsinin də tətbiq olunması məsələsinə baxıldığını bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Iyul 2026