• Bakı 29° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Rzayi: ABŞ-nin iqtisadi əməliyyatına qoşulan ölkələr İranın hədəfi olacaq

DÜNYA

23 Avqust 2026 | 09:39

Rzayi: ABŞ-nin iqtisadi əməliyyatına qoşulan ölkələr İranın hədəfi olacaq

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ-nin Tehrana qarşı iqtisadi əməliyyatına qoşulacaq qonşu ölkələrin maraqları İranın hədəfinə çevriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rzayiyə istinadən İranın dövlət televiziyası məlumat yayıb.

“Biz münaqişəni genişləndirməyə çalışmırıq. Lakin İranı əhatə edən ölkələr ABŞ-nin Tehrana qarşı iqtisadi müharibəsinə qoşularsa, onların maraqlarına zərbə vuracağıq”, - deyə Rzayi bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026