Rusiyanın Kiyev rejimindən aldığı təkliflər bəzən ekzotik və qəbuledilməzdir. Rusiya dialoqa hazırdır, amma yalnız reallıqlar əsasında.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin " Vesti" jurnalisti Pavel Zarubinlə müsahibəsində bildirib.
Verilən konkret "ekzotik təkliflər" barədə suala cavab olaraq Putin deyib: "Bilirsiniz, mən indi bu barədə danışmaq və ya ətraflı danışmaq istəməzdim, çünki bu, mümkün razılaşmaların müxtəlif sahələrinin sınağıdır. Onlar əvvəllər bu və ya digər şəkildə irəli sürülüb, amma indi, bu vəziyyətdə, fərqli şəkildə təqdim olunurlar. Lakin mümkün razılaşmaların əsasını təşkil edə biləcək şeylər barədə danışmaq hələ tezdir".




