• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Gədəbəydə maşın aşdı: sürücü yaralanıb

HADİSƏ

23 Avqust 2026 | 10:00 | Müəllif: Gülşən Şərif

Gədəbəydə maşın aşdı: sürücü yaralanıb

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı sürücü, 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR