• Bakı 25° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Ölümün ən çox qeydə alındığı rayonlar

CƏMİYYƏT

22 Avqust 2026 | 17:26

Ölümün ən çox qeydə alındığı rayonlar

 

  2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 6 ölüm düşüb.

Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, ölkə üzrə ən yüksək ölüm göstəricisi Qazax və Bakının Yasamal rayonlarında qeydə alınıb. Hər iki ərazidə əhalinin hər 1000 nəfərinə 8,4 ölüm düşüb. Xızı rayonunda bu göstərici 8,2, Gədəbəydə 7,8, Goranboyda 7,7, Suraxanı və Şabranda 7,5, Ağdamda 7,5, Ağstafada 7,3, Samuxda 7,3 nəfər olub. İqtisadi rayonlar arasında ən yüksək ölüm göstəricisi Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada hər 1000 nəfərə 7 ölüm düşüb. Gəncə-Daşkəsən iqtisadi rayonunda göstərici 6,9, Qarabağda 6,5, Bakı şəhərində isə 6,4 təşkil edib. Ən aşağı ölüm göstəricisi Abşeron rayonunda qeydə alınıb. Rayonda əhalinin hər 1000 nəfərinə 3,3 ölüm düşüb. Kəngərli və Şərur rayonlarında bu göstərici 4,5, Sədərəkdə 4,6, Biləsuvarda 4,8 olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026