ABŞ Ticarət Nazirliyi milli təhlükəsizlik təhdidləri səbəbindən Çindən robot idxalına yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, Ticarət Nazirliyi hazırda Çin hökumətindən subsidiya alan Çin robot istehsalçılarının məhsullarını qiymətləndirir.
Nəşrə görə, ABŞ administrasiyası Çin hökumətinin bu sənayeyə dəstəyini milli təhlükəsizlik təhdidi kimi görür. Çünki subsidiyalı Çin robotları Amerika istehsalçılarının rəqabət aparmaq üçün lazım olan istehsal miqyasına çatmadan əvvəl qlobal bazarları fəth edə bilər.
Gülşən Şərif
Bakı 



