Xəbər verdiyimiz kimi, “TikTok”da cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, Sabirabad rayon sakini, 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə sosial şəbəkədə açdığı canlı yayım zamanı izləyicilərin ünvanına təhqiramiz ifadələr işlədib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs sosial şəbəkədə paylaşdığı videolarda II Qarabağ müharibəsində iştirak etdiyini, “qazi” və “veteran” olduğunu iddia edib.
O, hərbi geyimdə videolar çəkərək müxtəlif medallarını nümayiş etdirib. Lakin Mirabbas Xuduzadənin həqiqətən müharibədə iştirak edib-etmədiyi ilə bağlı hər hansı rəsmi təsdiq və ya fakt mövcud deyil.
Qeyd edək ki, M.Xuduzadə “Vətən Müharibəsi İştirakçısı”, “Füzulinin işğaldan azad olunmasına görə” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunduğunu bildirib.
Murad İsmayıl
Bakı 



