“TikTok”da cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə sosial şəbəkədə canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqiramiz ifadələr səsləndirib.
Saxlanılan şəxs müvafiq qərarla inzibati qaydada həbs edilib.
Bakı 



