• Bakı 26° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Evdə tonqal qaladılar, saxlanıldılar

HADİSƏ

24 Iyun 2026 | 11:52

Evdə tonqal qaladılar, saxlanıldılar

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən yaşayış binasının sakinləri uzun müddətdir eyni mənzildə yaşayan ana və qızın ətrafdakılar üçün narahatlıq yaratdığını bildirirlər.

Bakıvaxtı.az milli.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən şəxslər tez-tez müxtəlif əşyaları eyvandan aşağı atır, həmçinin mənzildə od yandırırlar. Onlar qeyd edirlər ki, bu hallar artıq iki ildən çoxdur davam edir və əsasən gecə saatlarında baş verir.

Bina sakinləri iddia edirlər ki, bəzi hallarda evdə tonqal qalamaq cəhdləri də olub. Onların fikrincə, aidiyyəti qurumların vaxtında müdaxiləsi olmasaydı, hadisə daha ciddi nəticələrə səbəb ola bilərdi.

Məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə baxış keçirib və birgə yaşayış qaydalarının pozulduğunu müəyyən ediblər. Bundan sonra ana və qız mənzildən uzaqlaşdırılıb.

Hazırda həmin şəxslərin müvafiq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı prosedurlar davam etdirilir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026