• Bakı 26° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti aksiya - FOTOLAR

CƏMİYYƏT

24 Iyun 2026 | 11:19

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti aksiya - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən aksiya çərçivəsində sahilboyu əraziyə yayılmış neft tullantılarının və neftlə çirklənmiş qalıqların təmizlənməsi işləri davam etdirilib.

İştirakçıların sağlamlığının və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması məqsədilə aksiya öncəsi onlara neft tullantıları ilə davranış, fərdi mühafizə vasitələrindən düzgün istifadə və fövqəladə hallarda görüləcək tədbirlərlə bağlı ətraflı təlimat verilib.

Aksiya nəticəsində toplanan neft tullantıları zərərsizləşdirilməsi məqsədilə müvafiq qaydada təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026