• Bakı 26° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO

CƏMİYYƏT

24 Iyun 2026 | 11:42

AZAL üçün ilk A321neo təyyarəsi bu gün təhvil veriləcək - FOTO

Bu gün Almaniyanın Hamburq şəhərində Azərbaycan Hava Yolları (AZAL) üçün nəzərdə tutulan ilk “Airbus A321neo” təyyarəsinin AerCap şirkətindən lizinq əsasında təhvil verilməsi mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, təqdimat mərasimindən əvvəl media nümayəndələri üçün brifinq təşkil olunub.

    Brifinqdə çıxış edən Airbus şirkətinin nümayəndəsi Malhar Pens bildirib ki, şirkətin əsas məqsədi ən yeni innovasiyalar vasitəsilə dünyanı birləşdirmək və dayanıqlı aviasiyanın inkişafına töhfə verməkdir.

    O qeyd edib ki, AZAL-ın donanmasına daxil edilən yeni “A321neo” təyyarələri 244 sərnişin tutumuna malikdir və dayanmadan 10 saata qədər uçuş həyata keçirə bilir.

    “Artıq A320 seriyası üzrə 20 100-dən çox təyyarə satılıb, onların 12 600-ü müştərilərə təhvil verilib. Son illərdə bir çox hava şirkətlərinin əsas seçimi "A321neo" təyyarələridir. Bu təyyarələr 20 faiz daha az yanacaq sərfiyyatına malikdir. Bu da sərnişinlər üçün biletləri daha münasib edir”, - deyə şirkət rəsmisi vurğulayıb.

    Daha sonra iştirakçılar yeni “Airbus A321neo” təyyarəsi ilə yaxından tanış olacaqlar.

    Qeyd edək ki, mərasimə Airbus şirkətinin A320 ailəsi proqramının rəhbəri Christoph Zammert ev sahibliyi edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Iyun 2026