• Bakı 24° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Günay Ağamalıdan atası ilə bağlı - PAYLAŞIM

SİYASƏT

24 Iyun 2026 | 00:00

Günay Ağamalıdan atası ilə bağlı - PAYLAŞIM

Milli Məclisin deputatı Günay Ağamalı vəfat etmiş atası Fəzail Ağamalı ilə bağlı duyğusal paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, deputat sosial media hesabında atası, tanınmış ictimai-siyasi xadim, sabiq millət vəkili Fəzail Ağamalının fotosunu paylaşaraq ona olan həsrətini ifadə edib.

“Gülüşünə qurban olduğum atam, nə qədər yaşasaydın belə səndən doymazdım”, – deyə Günay Ağamalı paylaşımında yazıb.

Qeyd edək ki, Fəzail Ağamalı uzun illər Azərbaycan siyasi həyatında fəal iştirak edib, Milli Məclisin deputatı kimi fəaliyyət göstərib və Ana Vətən Partiyasının sədri olub.

Onun vəfatı ictimaiyyət tərəfindən böyük üzüntü ilə qarşılanmışdı.

Sözügedən paylaşımı təqdim edirik.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026