• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

SİYASƏT

23 Iyun 2026 | 20:12 | Müəllif: Subhan Mahmudov

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir, bu isə Cənubi Qafqazı Avropa və Mərkəzi Asiya arasında əsas əlaqələndirici həlqəyə çevirməyə imkan verəcək.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması daha da tez baş verə bilər, çünki İrəvan regional nəqliyyat layihələri üzərində işi davam etdirir və qonşu ölkələr tərəfindən daha çox şəffaflıq əlamətləri müşahidə edir.

"Bizim baxışımız bundan ibarətdir ki, 2030-cu ilə qədər təəssüf ki, sərhədlərin indiyədək bağlı olduğu iki qonşumuzla - Türkiyə və Azərbaycanla açıq kommunikasiyalarımız və açıq sərhədlərimiz olacaq", - Kostanyan bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026