• Bakı 24° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Putindən Ukrayna ilə bağlı SON DƏQİQƏ açıqlaması: Rusiya buna HAZIRDIR...

DÜNYA

23 Iyun 2026 | 19:16

Putindən Ukrayna ilə bağlı SON DƏQİQƏ açıqlaması: Rusiya buna HAZIRDIR...

Rusiya İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır.

Bakıvaxtı.az  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə bildirib.

"Dəfələrlə qeyd edildiyi kimi, Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır. Moskva buna İstanbulda əldə olunmuş və o zaman Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmış razılaşmalar əsasında hazırdır. Deməli, hər şey onları qane edirdi", - o deyib.

Putin həmçinin bildirib ki, Moskva danışıqları təkcə İstanbul razılaşmaları əsasında aparmağa hazır deyil.

"İstanbulda əldə olunmuş razılaşmalar, Ankoricdə müzakirə edilən mexanizmlər, ən əsası isə yerdəki reallıqlar, həmçinin mənim bir neçə il əvvəl Xarici İşlər Nazirliyində çıxışım zamanı (2024-cü ilin iyununda) səsləndirdiyim prinsiplər əsasında", - o bildirib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR