• Bakı 26° C

    2.7 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

ABŞ İran xalqına hörmət etməyincə... - Arakçı

DÜNYA

23 Iyul 2026 | 17:24

ABŞ İran xalqına hörmət etməyincə... - Arakçı

İranın xarici işlər naziri Abbas Arakçı ABŞ-la münasibətlərdə əsas problemin vasitəçilik deyil, Vaşinqtonun siyasəti olduğunu bildirib.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, Abbas Arakçı bu barədə İraqın Baş naziri Əli əz-Zeydi Tehrana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Bizim hazırda ABŞ-la vasitəçi problemimiz yoxdur. Problem Amerikanın yanaşmasıdır. Bu yanaşma qeyri-məntiqi, həddindən artıq iddialı və hegemon xarakter daşıyır. İran İslam Respublikası buna qətiyyətlə cavab verib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, ABŞ İran xalqına və onun milli maraqlarına hörmət etməkdən başqa yolun olmadığını anlamayana qədər iki ölkə arasında irəliləyiş üçün zəmin yaranmayacaq.

"Bu məsələ ilə bağlı hər hansı mesajlaşmaya ehtiyac yoxdur. ABŞ-ın öz siyasətinə yenidən baxması kifayətdir", - deyə Arakçı vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR