• Bakı 27° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər

CƏMİYYƏT

23 Iyul 2026 | 17:33

İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər

Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən “amansız isti gün” xəbərdarlığını ilk dəfə elan ediblər.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, bu ilin aprel ayından qüvvəyə minən yeni təsnifata əsasən, 40 dərəcə selsidən yuxarı temperatur qeydə alınan günlər “kokuşobi”, yəni “amansız isti gün” kimi qiymətləndirilir.

Son günlər Qudzyo, Tadzimi və Toyota şəhərlərində termometrlər 40 dərəcəni keçərək tarixi rekordları yeniləyib.

Ölkə üzrə fəaliyyət göstərən meteoroloji müşahidə məntəqələrinin üçdə birindən çoxunda temperatur 35 dərəcədən yuxarı qalxıb. Həddindən artıq istilər nəticəsində Niiqata və Kanaqava şəhərlərində ölüm halları da qeydə alınıb.

İsti hava dalğası Yaponiyada gündəlik həyata, kənd təsərrüfatına və idman sahəsinə ciddi təsir göstərir. Bildirilir ki, yüksək temperatur düyü istehsalını azaldır. Bu səbəbdən fermerlər istiliyə daha davamlı məhsullara və avokado kimi qeyri-ənənəvi bitkilərin becərilməsinə üstünlük verməyə başlayıblar.

Ölkənin ən məşhur idman tədbirlərindən biri olan milli məktəbli beysbol çempionatının proqramında da dəyişiklik edilib. Yarışlar iştirakçıların sağlamlığını qorumaq məqsədilə səhər və axşam saatlarında keçirilir.

Alimlər xəbərdarlıq edirlər ki, istixana qazı emissiyalarının azaldılması istiqamətində ciddi addımlar atılmasa, qarşıdakı onilliklərdə məktəblərdə açıq havada keçirilən idman növləri tamamilə mümkünsüz hala gələ bilər.

Həddindən artıq istilər iş həyatına da təsirsiz ötüşməyib. Elektrik enerjisinə qənaət etmək məqsədilə həyata keçirilən “Cool Biz” proqramı çərçivəsində şirkətlər əməkdaşlara daha rahat geyimlərə üstünlük verməyi tövsiyə edirlər. Ənənəvi kostyum və qalstuk yerini getdikcə şort, polo köynək və idman ayaqqabılarına verir.

Bildirilir ki, iqlim dəyişikliyi Yaponiyada təkcə hava şəraitini deyil, həm də sosial və iqtisadi həyatın müxtəlif sahələrini köklü şəkildə dəyişməyə başlayıb.a


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR