• Bakı 29° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Bu universitetə magistr qəbulu ləğv edildi

CƏMİYYƏT

23 Iyul 2026 | 18:22

Bu universitetə magistr qəbulu ləğv edildi

2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında Naxçıvan Müəllimlər İnstitutu üzrə plan yeri nəzərdə tutulmayıb.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, ötən il institut üzrə magistraturaya 30 plan yeri ayrıldığı halda, bu il qəbul planı sıfıra endirilib. Beləliklə, Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə 100 faiz azalıb.

Məlumat üçün qeyd edək ki, 2026-cı tədris ili üzrə magistratura səviyyəsinə qəbul planında Muxtar Respublikada yerləşən digər ali təhsil ocağı - Naxçıvan Dövlət Universiteti üzrə artım qeydə alınıb. Belə ki, universitet üzrə magistraturaya qəbul planı 299 yerdən 355 yerə yüksəlib ki, bu da 56 yer və ya 18,73 faiz artım deməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR